Azərbaycan hesabı bərabərləşdirdi - YENİLƏNİR

Azərbaycan hesabı bərabərləşdirdi  - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Apasport.az xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Liv Bona Dea Arena", saat 19:00-da start götürəcək.

Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.

19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21) 2:2

Qol:
 Xəyal Əliyev, 7, 49 - David vatson, 33, Ceyms Vilson, 44

Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet