Krakovda "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı - VİDEO

Krakovda "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna - Azərbaycan görüşü davam edir.

Apasport.az xəbər verir ki, səfər görüşündə milli komandanı yalnız buraxmayan azarkeşlər matçın 44-cü dəqiqəsində 44 günlük Vətən müharibəsinin şəhidlərini yad ediblər. 

Belə ki, fanatlar "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə yığmamıza dəstək olublar. 

Qeyd edək ki, davam edən qarşılaşmada hesab 1:1-dir.