“Neftçi”nin oyunu təxirə salınıb

“Neftçi”nin oyunu təxirə salınıb

Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan “Neftçi” – “Gəncə” oyunu təxirə salınıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Oyun “Neftçi”nin avrokubok matçına görə təxirə salınıb.

“Neftçi” Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın “Kalev” klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.