Didye Deşam: “Komandada yorğunluq var idi”

Didye Deşam: “Komandada yorğunluq var idi”

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.

QELEBE.AZ xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Didye Deşam oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fransa 3:0 qalib gəldi. Birinci hissədə gördükləriniz sizi qane edir?
İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qnae etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.