Yüksək Liqa: IV turun oyunları keçirilib
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IV turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, qarşılaşmalar "Olimpik Star"da baş tutub.
Çempionatın favoritlərinin - "Neftçi" İK ilə "Baku Fire"nin duelində qalib müəyyənləşməyib - 2:2.
Digər iki matçda "Şuşa" klubu "Lənkəran"ı 7:3, son çempion "Araz-Naxçıvan" isə U-19 millisini 12:0 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-iv-turun-oyunlari-kechirilib.webp