"Everton"da yeni müqavilə - RƏSMİ
İngiltərə Premyer Liqası təmsilçisi "Everton"da yeni müqavilə qeydə alınıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda İngiltərə millisinin üzvü Ceyms Tarkovski ilə 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2022-ci ildən "Everton"un şərəfini qoruyur. O, Mersisayd təmsilçisinin heyətində indiyədək çıxış etdiyi 128 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotevertonquotda-yeni-muqavile-resmi.webp