Azərbaycanlı atlet beynəlxalq turnirdə iki medal qazanıb

Azərbaycanlı atlet beynəlxalq turnirdə iki medal qazanıb

Milli komandamızın üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafonda uğurlu çıxışla yadda qalıb.

Apasport.az xəbər verir ki, atletimiz 2 saat 48 dəqiqə 10 saniyə nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb.

Yusupova bu göstərici ilə Skopye marafonunun bürünc medalına da sahib olub.