Argentina millisinin üzvü daha 5 il "Bayer"də
"Bayer" futbolçusu Ezekiel Palasiosla müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi daha 5 il Bundesliqa təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Palasios "Bayer"ə 2020-ci ildə "River Pleyt"dən 17 milyon avro qarşılığında transfer olunub.

https://qelebe.az//uploads/photo/argentina-millisinin-uzvu-daha-5-il-quotbayerquotde.webp