"Naxçıvan"dan iki yeni transfer
“Naxçıvan” daha iki basketbolçunun keçidini həll edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda ABŞ-dən olan Dominik Keyes və George Harris Xristoper ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hər iki basketbolçu son olaraq Avstraliya klublarında oynayıb. Dominik Keyes “Bankstoun”un, George Harris Xristoper isə “Keilor Thunder”in forması geyinib.

https://qelebe.az//uploads/photo/quotnaxchivanquotdan-iki-yeni-transfer.webp