Sabiq "Arsenal"lı Səudiyyə Ərəbistanı yolunda

Sabiq "Arsenal"lı Səudiyyə Ərəbistanı yolunda

"Arsenal"dan ayrılan Yaponiya millisinin futbolçusu Takehiro Tomiyasu karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Əl-Qadsiya” ilə müqavilə imzalamağa çox yaxındır.

Bu barədə “The Mirror” məlumat yayıb.

Yapon futbolçunun yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir.

Qeyd edək ki, Tomiyasu indiyədək “Avispa Fukuoka”, “Sent-Trüden” və “Bolonya” kimi klublarda da çıxış edib.