İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" yarımmüdafiəçisinin taleyi ilə bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, "şəhərlilər" ingiltərəli Niko O'Rayli ilə müqaviləni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Cari Premyer Liqa mövsümündə O’Rayli "Mançester Siti"nin heyətində 4 oyun keçirib. Ötən mövsümdə isə onun aktivində 9 oyunda 2 qol olub.

https://qelebe.az//uploads/photo/ingiltereli-yarimmudafiechi-daha-5-il-sitide-resmi.webp