“Fənər” çempion oldu - TARİXDƏ 38-ci dəfə
Türkiyədə basketbol üzrə Prezident Kubokunun final mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, həlledici matçda “Fənərbaxça Beko” və “Beşiktaş” komandaları üz-üzə gəlib.
Gərgin keçən matçda “sarı-lacivərdlilər” 85:83 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu qələbə ilə “Fənərbaxça Beko” Prezident Kubokunu tarixində 38-ci dəfə muzeyinə aparıb.

https://qelebe.az//uploads/photo/fener-chempion-oldu-tarixde-38-ci-defe.webp