Fiqurlu konkisürmə üzrə Qran-Pri turnirinin qısa proqramı keçirilib - FOTO
Bakıda “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının kişilər arasında qısa proqramı keçirilib.
QELEBE.AZ xəbər verir ki, qısa proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.
Turnirin nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Minkyu SEO 82.67 xalla 1-ci yerə, Birləşmiş Ştatlardan olan fiqurlu konkisürən Patrick Blakwell 75.86 xalla 2-ci yerə, Belçikalı atlet Denis Krouglov isə 73.75 xalla 3-cü yerə sahib olublar.

https://qelebe.az//uploads/photo/fiqurlu-konkisurme-uzre-qran-pri-turnirinin-qisa-proqrami-kechirilib-foto.webp