İtaliya Kuboku: “Udineze” və “Kalyari” növbəti mərhələdə
Futbol üzrə İtaliya Kubokunda 1/16 final mərhələsinin iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, "Palermo" səfərdə "Udineze" ilə üz-üzə gəlib.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kalyari" isə doğma meydanda "Frozinone"ni 4:1 hesabı ilə üstələməklə eyni uğura imza atıb.
Qeyd edək ki, "Udineze" 1/8 finalda "Yuventus"la, "Kalyari" isə "Napoli" ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/italiya-kuboku-udineze-ve-kalyari-novbeti-merhelede.webp