ABŞ-li basketbolçu "Sərhədçi"də
"Sərhədçi" heyətini yeni basketbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi ABŞ-dən olan Kameron Uilbonla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 196 sm boya malik Kameron Uilbon son olaraq "CSU Bakersfild" klubunda çıxış edib.

https://qelebe.az//uploads/photo/absh-li-basketbolchu-quotserhedchiquotde.webp