Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-prisi start götürəcək

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-prisi start götürəcək

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.

APA xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO