Bakıda növbəti rapid turniri keçirilib - FOTO
Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla növbəti rapid turniri keçirilib.
QELEBE.AZ xəbər verir ki, 45 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.
7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Xaqan Əhməd turnirin qalibi adını qazanıb. Allahverdi Həmidovla Murad İbrahimli (hərəyə 5.5 xal) müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.

https://qelebe.az//uploads/photo/bakida-novbeti-rapid-turniri-kechirilib-foto.webp