Millimizin heyətində dəyişikliklər baş verib
Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.
QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.
Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/millimizin-heyetinde-deyishiklikler-bash-verib.webp