Millimiz Avropa çempionatında ikinci olub

Millimiz Avropa çempionatında ikinci olub

Airbadminton üzrə Avropa çempionatında komanda yarışına yekun vurulub.

Apasport.az xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri qarşlaşıb.

Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.

Millimiz yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələrək finala yüksəlmişdi.

Qrup mərhələsində isə Azərbaycan airbadmintonçuları Xorvatiya və Niderlanddan üstün olmuşdular.