Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər.
Onların hər ikisi turniri bürünc medalla başa vurublar.

https://qelebe.az//uploads/photo/bokschularimiz-aktauda-kechirilen-beynelxalq-turnirde-2-medal-qazaniblar.webp