Serbiya millisinin üzvü Qətər klubunda - RƏSMİ

Serbiya millisinin üzvü Qətər klubunda - RƏSMİ

"Əl-Hilal"ın futbolçusu Aleksander Mitroviç karyerasını Qətərdə davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, 30 yaşlı hücumçu “Əl-Rayyan”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Serbiya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Forvard yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mitroviç “Əl Hilal”ın heyətində meydana çıxdığı 79 oyunda 68 qol vurub, 15 məhsuldar ötürmə edib.