Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.

QELEBE.AZ xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan milli 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.