İlkay Gündoğan “Qalatasaray” üçün İSTANBULDA

İlkay Gündoğan “Qalatasaray” üçün İSTANBULDA

"Qalatasaray"ın razılıq əldə etdiyi "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İstanbula yollanıb.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-qırmızılılar"in 34 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm "Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 assistlə yadda qalıb.