“Qalatasaray”da yeni qapıçı
"Qalatasaray" heyətini yeni qapıçı ilə gücləndirmək üzrədir.
QELEBE.AZ xəbər verir ki, klub Uğurcan Çakırı transfer etmək üzrədir.
Tərəflərin keçid barədə razılığa gəldiyi bildirilir.
"Sarı-qırmızılılar" qolkiper üçün "Trabzonspor"a 30 milyon avro ödəyəcək. Həmçinin "Cimbom" transferə görə bir futbolçusunu da "bordo-mavililər"ə verəcək.
Uğurcan yeni klubunda illik 6 milyon avro qazanacaq.

https://qelebe.az//uploads/photo/qalatasarayda-yeni-qapichi.webp