İdmançımız Türkiyədə keçirilən Qran-pridə doqquzuncu olub - FOTO
27-30 avqust tarixlərində Türkiyənin Ankara şəhərində ISU Yeniyetmələr arasında Qran-pri yarışı keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Arina Kalugina çıxışı ilə yadda qalıb.
Qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 35 idmançı arasında 157.65 xal toplayaraq yekun nəticədə 9-cu yerə sahib olub.

https://qelebe.az//uploads/photo/idmanchimiz-turkiyede-kechirilen-qran-pride-doqquzuncu-olub-foto.webp