Azərbaycan Prezidenti “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayırıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayırıb - SƏRƏNCAM

UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayrılıb.

QELEBE.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.