“Turan Tovuz”un futbolçusu Toqo millisinə dəvət alıb

“Turan Tovuz”un futbolçusu Toqo millisinə dəvət alıb

"Turan Tovuz" klubunun futbolçusu Emmanuel Hakman DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün Toqo millisinə dəvət alıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi növbəti 2 matçda yığmanın sərəncamında olacaq.

Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.