AMADA ABŞ-li basketbolçunu diskvalifikasiya edib
AMADA legioner basketbolçu Javaun Markel Danielsi diskvalifikasiya edib.
QELEBE.AZ xəbər verir ki, buna onun antidopinq qaydalarını pozması səbəb olub.
Daniels 3 aylıq müddətə yarışlardan uzaqlaşdırılıb. Onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.
Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.

https://qelebe.az//uploads/photo/amada-absh-li-basketbolchunu-diskvalifikasiya-edib.webp