"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"

"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"

"Ferentsvaroş" "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxıb.

"QELEBE.AZ"un məlumatına görə, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçularımız sabahkı matça hazırdırlar. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Kimin start heyətində meydana çıxacağını sabah biləcəyik. İlk qarşılaşmada iki adi vəziyyətdən qol buraxdıq. "Qarabağ" futbolçuları əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bizdə isə fərqli oldu".

O, komandasının Bakıda məşqə çıxmamasının səbəbini belə izah edib:

"Mən bu kluba baş məşqçi təyin olduqdan sonra qərar vermişəm ki, başqa komandanın stadionunda məşq keçməyək. Çalışıram ki, komandamı öz stadionumuzdakı məşqlə hazırlayım".

R.Kin sabahkı matçda geridönüş edə biləcəklərinə inanır:

"Uzun müddətdir ki, futbolun içərəsindəyəm. Futbolçu olduğum vaxtlarda çox geridönüşlərə şahid olmuşam. Uzun illər əvvəl Çempionlar Liqasının finalında "Liverpul" 0:3 hesabı ilə geridə olarkən geridönüş etdi və sonda qalib gəldi. Yəni mümkünsüz heçnə yoxdur".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Futbol
Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"