“Fənərbaxça” 3 xalı 3 qolla qazandı
Türkiyə Super Liqasında II tur davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün iki matç keçirilib.
"Fənərbaxça" "Kocaelispor"u qəbul edib. Görüşə meydan sahibləri fəal başlayıb. Milan Şkrinyar 4-cü dəqiqədə hesabı açıb. Lakin qonaqlar Bruno Petkoviçin qolu ilə oyuna bərabərlik gətirib. Buna baxmayaraq, "sarı-lacivərdlilər" Arçi Braun və Anderson Talişkanın qolları ilə qələbə qazanmağı bacarıb - 3:1.
Türkiyə Super Liqası
II tur
"Qaziantep" - "Gençlerbirliyi" 2:1
"Fənərbaxça" - "Kocaelispor" 3:1

https://qelebe.az//uploads/photo/fenerbaxcha-3-xali-3-qolla-qazandi.webp