Dünya çempionatında növbəti medal
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti mükafatçılar bəlli olub.
67 kq çəki dərəcəsində Fəraim Mustafayev bürünc uğrunda Takaku Suzuki (Yaponiya) ilə qarşılaşıb. 5:4 hesabı ilə güclü olan güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.
Qeyd edək ki, yunan-Roma güləş yığmamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.

https://qelebe.az//uploads/photo/dunya-chempionatinda-novbeti-medal.webp