Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
QELEBE.AZ xəbər verir ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

https://qelebe.az//uploads/photo/millimizin-ukrayna-ile-sefer-oyununun-yeri-deyishdirilib.webp