Millimiz təlim-məşq toplanışına start verib
Gənc qızlardan ibarət cüdo milli komandamız İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.
Qeyd edək ki, qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

https://qelebe.az//uploads/photo/millimiz-telim-meshq-toplanishina-start-verib.webp