Azərbaycan xal ehtiyatını artırdı
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" "Ferensvaroş"a qalib gəlib - 3:1.
Bununla da, Ağdam klubu ölkə aktivinə 0,500 əmsal əlavə edib.
Hazırda Azərbaycan 19.500 əmsalla sıralamada 28-cidir. 27-ci pillədəki Ukraynanın 19.725 əmsalı var.
Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-xal-ehtiyatini-artirdi.webp