Cüdoçularımız Avropa çempionatına hazırlığı Qubada davam etdirir
Azərbaycanın gənc cüdoçuları Avropa çempionatına hazırlığı Qubada davam etdirir.
QELEBE.AZ xəbər verir ki, təlim-məşq toplanışında cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

https://qelebe.az//uploads/photo/cudochularimiz-avropa-chempionatina-hazirligi-qubada-davam-etdirir.webp