Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.
Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

https://qelebe.az//uploads/photo/guleshchimiz-dunya-chempionatinda-burunc-medal-qazanib.webp