“Fənər”dən 18 milyonluq transfer
"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.

https://qelebe.az//uploads/photo/fenerden-18-milyonluq-transfer.webp