Aktürkoğlu transferində son durum: Ali Koç rəsmi danışıqlara başladı
"Fənərbaxça" Kerem Aktürkoğlu transferini bitirməyə yaxındır.
Apasport.az xəbər verir ki, tərəflər müqavilənin son detallarını müzakirə edirlər.
Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.
Onun sözlərinə görə, "Benfika" prezidenti Rui Koşta və "Fənərbaxça" rəhbəri Ali Koç rəsmi danışıqları davam etdirirlər.
Tərəflər transferi sonlandırmaq üçün yekun detallar barədə razılığa gəlmək üzrədir.
Qeyd edək ki, Aktürkoğlu Portuqaliya klubuna ötən ilin oktyabr ayında qoşulub.

https://qelebe.az//uploads/photo/akturkoglu-transferinde-son-durum-ali-koch-resmi-danishiqlara-bashladi.webp