Rüfət Abdullazadə debüt etdi
Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” klubunda debüt edib.
Apasport.az xəbər verir ki, o, III turun “Osiyek”lə görüşündə oyuna çıxıb.
Həmyerlimiz matçın 64-cü dəqiqəsində meydana daxil olub.
Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, “Varajdin” 3 turdan sonra 2 xalla 8-ci sıradadır.

https://qelebe.az//uploads/photo/rufet-abdullazade-debut-etdi.webp