Xulio Velaskes: “Komandamla fəxr edirəm”

Xulio Velaskes: “Komandamla fəxr edirəm”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından (0:2) sonra qonaqların baş məşqçisi Xulio Velaskesin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini bölüşüb.

"Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetirdi. Evdə qazandığımızı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə bizə çətinlik yaratdılar. Amma biz pley-offdayıq".