Beynəlxalq dərəcəli hakimimiz Avropa çempionatına təyinat alıb
Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.
Apasport.az xəbər verir ki, Zülfüqarov A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.
Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasileiadis olacaq.

https://qelebe.az//uploads/photo/beynelxalq-dereceli-hakimimiz-avropa-chempionatina-teyinat-alib.webp