“Barsa”dan ayrıldı - Ronaldonun komanda yoldaşı oldu
"Barselona"dan ayrılan İniqo Martinezin yeni komandası bəlli oluh.
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İniqo Martinez karyerası ərzində “Real Sosyedad” və “Atletik” kimi klubların formasını geyinib.

https://qelebe.az//uploads/photo/barsadan-ayrildi-ronaldonun-komanda-yoldashi-oldu.webp