"Fənər" səfərdə məğlub oldu – Timberdən “İkardi” sevinci - VİDEO
"Fənərbaxça" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə Niderlandın "Feyenoord" klubu ilə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, Roterdamda keçirilən qarşılaşmada "sarı-lacivərdlilər" rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Görüşdə ev sahiblərinin ilk qoluna imza atan Kvinten Timber qeyri-adi qol sevinci ilə diqqət çəkib. O, sevincini "Qalatasaray"ın hücumçusu Mauro İkardinin məşhur qol sevinci ilə eyni formada qeyd edib.

https://qelebe.az//uploads/photo/quotfenerquot-seferde-meglub-oldu-timberden-ikardi-sevinci-video.webp