Müller Kanada klubunda
"Bavariya"nın sabiq futbolçusu Tomas Müller "Vankuver Uaytkeps"ə transfer olunub.
Apasport.az xəbər verir ki, bu barədə Kanada təmsilçisindən məlumat yayılıb.
35 yaşlı hücumçu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Anlaşmanın müddəti daha bir artırıla bilər.
Qeyd edək ki, Müller Münhen klubunun heyətində 33 titul qazanıb.

https://qelebe.az//uploads/photo/muller-kanada-klubunda.webp