Qərb Regional Futbol Federasiyasının prezidenti: "Qarabağ”ın ön xətdə lider futbolçuya ehtiyacı var"

Qərb Regional Futbol Federasiyasının prezidenti: "Qarabağ”ın ön xətdə lider futbolçuya ehtiyacı var"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə ilk matçda qələbə qazanan “Qarabağ”ın ön xətdə lider futbolçuya ehtiyacı var.

Bunu “Report”a açıqlamasında Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu “Qarabağ”ı Şimali Makedoniya komandasından üstün hesab edib:

“Oyun “Qarabağ”ın nəzarətində keçdi. Rəqibin elə də çox qol imkanları olmadı. Bəzi epizodlarda isə Mateuş Koxalski “Qarabağ”ı qoldan xilas etdi. Yeni gələnlər uyğunlaşdıqdan sonra “Qarabağ” daha rahat oynayacaq. Hamımız bilirik ki, “Qarabağ” hər il avrokuboklarda ilk oyunarını nisbətən zəif keçirir, sonradan daha etibarlı çıxış edir. Fikrimcə, daha yaxşı olması üçün hücumçuya, ön xətdə lider futbolçuya ehtiyac var. “Şkendiya” da sıradan komanda deyil. Əvvəlki mərhələdə güclü rəqibə qalib gəlib. İkinci oyun “Qarabağ” üçün daha çətin olacaq. “Şkendiya” həqiqətən hörmət olunmalı rəqibdir. Baxmayaraq ki, ilk matçda cəmi bir neçə qol şansları oldu. “Qarabağ”la bağlı sevindirici hal odur ki, son oyunlarda qol buraxmır. Bu da o anlama gəlir ki, müdafiədə çox boşluq vermirlər".

N.Nəbiyev Ağdam klubunun yeni transferlərinin çıxışını da dəyərləndirib:

“Bəzən gözlədiyimiz olmaya bilər. Ümumilikdə yaxşı, komandanın gücünə güc qata biləcək futbolçulardır. Bu gün istədiyimizi görməməyimiz normaldır, çünki uyğunlaşma prosesi var. Vaxt keçdikcə daha yaxşı olacağını düşünürəm. Hələ ki, gedən futbolçuların yerini tam doldura bilməyiblər. Son oyunlarda Nəriman Axundzadə pis təsir bağışlamır. Yassin Benzianın gedişindən sonra həmin mövqedə Emmanuel Addai oynayırdı. Ona yad mövqedir. Qurban Qurbanov gələcəkdə onu həmin mövqedə oynatsa belə, yəqin ki, başqa oyunçu transfer edəcək. Çünki hazırda gözlənilən effekti vermir. Oyundan-oyuna daha yaxşı ola bilər. Bir də sanki Kadi Borgesin üzərinə çox yük düşüb. Ötən oyunda penaltini yerinə yetirə bilməməsi, son matçda isə bir neçə qol vəziyyətini qaçırmasını nəzərə alsaq, sanki üzərində çox yük olduğu görünür. Fiziki gücü qaydasındadır, bu baxından heç bir problemi yoxdur. Hətta oyun vaxtı bir neçə dəfə müdafiəçilərə kömək üçün arxaya qayıtdı. Sanki Kadidən daha çox şey gözləyirdilər, amma olmadı. Bunu normal qarşılayıram. “Qarabağ” üçün önəmli futbolçudur".

O, məsələnin Bakıda həll olunacağını vurğulayıb:

"İstənilən halda, Qurban Qurbanovun komandasının Bakıda rəqibi keçmək şansı daha böyükdür. Səfərdə 1:0 qalib gəliblər. Oyun baxımından da üstündürlər. Lakin ehtiyatlı olmaq lazımdır. Çünki rəqib kəsərli hücumlara malikdir. Ümid edirəm ki, “Qarabağ” yaxşı oyunla qalib gələcək”.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər