"Araz-Naxçıvan"ın futbolçusu: "Yunanıstan komandası ilə oyunda Azərbaycan adına uğur qazandıq"

"Araz-Naxçıvan"ın futbolçusu: "Yunanıstan komandası ilə oyunda Azərbaycan adına uğur qazandıq"

Dünənki oyunda Azərbaycanın adına uğur qazandıq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aris"lə (Yunanıstan) cavab oyunundan sonra deyib.

Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi matçın çətin keçdiyini söyləyib:

“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər üstünlüyü qoruduq. Xarakter göstərdik, Azərbaycan, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq lazım olan nəticəni təmin etdik".

O, İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu şərh edib:

"Qırmızı vərəqə epizoduna gəlincə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik, azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır".

32 yaşlı oyunçu III təsnifat mərhələsində qarşılaşacaqları "Omoniya" (Kipr) barədə də fikirlərini bölüşüb:

"Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də təhlil edib bizə lazım olan məlumatları verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün səfərdə "Aris"lə 2:2 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb. Tərəflər arasında Bakıda keçirilən görüşdə Azərbaycan təmsilçisi qələbə qazanmışdı - 2:1.

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Futbol
Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Futbol
“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək