"Mançester Yunayted" müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib
Qapıçısı Radek Viteklə müqavilə müddətini 2028-ci ilə qədər uzadan İngiltərə təmsilçisi "Mançester Yunayted" onu icarəyə göndərib.
"QELEBE.AZ" "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, çexiyalı qolkiper 2025/2026 mövsümünü Çempionşip kollektivi "Bristol Siti"nin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Yunayted"ə 2024-cü ildə transfer olunan Radek Vitek ötən mövsüm icarə əsasında "Blau-Vayss" (Avstriya) klubunda çıxış edib.

https://qelebe.az//uploads/photo/manchester-yunayted-muqavile-muddetini-uzatdigi-qapichisini-icareye-gonderib.webp











