"Qalatasaray" "Liverpul"un futbolçusunu İstanbula gətirib
"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Sarı-qırmızılar" Elliottu meneceri ilə birlikdə danışıqlar aparmaq üçün İstanbula götürüb. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotqalatasarayquot-quotliverpulquotun-futbolchusunu-istanbula-getirib.webp