“Abşeron Lions”un baş məşqçisi: “Avropa Kubokunda qrupa vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”

“Abşeron Lions”un baş məşqçisi: “Avropa Kubokunda qrupa vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions” basketbol komandası qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Abşeron təmsilçisinin baş məşqçisi Erhan Toker deyib.

O, rəqiblərin güclü olduğunu söyləyib:

“Avropada oynadığımız üçün çox şadıq. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Güclü rəqiblərimiz var. Amma qrupun tərkibi dəyişə bilər. Çempionlar Liqasının təsnifat mərhələlərində oynayan klublar var. Qrupa düşdükdən sonra nəsə demək daha yaxşı olar. Avrokuboklarda çıxış edəcək digər iki komandamız - “Sabah” və “Neftçi”yə də uğurlar arzulayıram”.

Mütəxəssis heyətin formalaşmadığını vurğulayıb:

“Püşk atıldı və rəqibimiz Kiprin “Anortosis” komandası oldu. Turu yaxşı oyunla keçmək istəyirik. Hazırda komandanı formalaşdırmağa çalışırıq. Bildiyimiz qədər rəqib də hələ tam komplektləşməyib. İki oyun keçirəcəyik. Hazırda komanda üzvlərinin siyahısı tam hazır olmadığı üçün nəsə demək tezdir”.

Qeyd edək ki, "Abşeron Lions" Avropa Kubokunun ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək.

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib