"Araz-Naxçıvan"ın baş məşqçisi: "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"

"Araz-Naxçıvan" komandası sabahkı qarşılaşmada bütün gücünü ortaya qoyacaq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Bakıdakı ilk qarşılaşmadan sərfəli nəticə ilə ayırlmaq istədiklərini söyləyib:

"Sabahkı oyunun vacibliyini hər kəs dərk edir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanıram ki, sabah futbolçularımız meydanda ən yaxşısını edəcəklər. Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq. Yaxşı futbolçulara malikik. Komandamız avrokuboklarda debüt etsə də, heyətdə Avropa turnirlərində çıxış etmiş futbolçular yer alır. İnanırıq ki, həmin oyunçuların təcrübəsi bizə sabahkı matçda öz köməyini göstərəcək".

E.Baxşıyev rəqib komandanın yayda keçirdiyi bütün yoxlama görüşlərini izlədiklərini bildirib:

"Elə bir zamandayıq ki, heçnəyi gizlətmək olmur. Rəqib komandanın görüşlərini izləmişik və lazımınca təhlil apara bilmişik".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"